Samir Novruzovdan, Hyuston, ABŞ
Hörmətli cənab Prezident,
Sizi 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən diaspor təşkilatlarımız adından səmimi-qəlbdən təbrik edirik.
Sizin seçkilərdə yenidən qalib gəlməyiniz Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük əhəmiyyət kəsb edir. Seçkilərin nəticələri göstərdi ki, xalqımız Sizə inanır, etibar edir və gördüyünüz işlərə böyük dəyər verir.
Siz, uzun illər ərzində xalqımızın qəlbində olan Qarabağ nisgilinə son qoyaraq onun milli qürurunu, mənliyini, ləyaqətini özünə qaytardınız.
Biz, Amerika Birləşmiş Ştatlarında və bütün dünyada yaşayan azərbaycanlılar Sizinlə fəxr edir və qürur duyuruq.
Cənab Prezident, Sizi bir daha təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Samir Novruzov,
Amerika-Azərbaycan Qarabağ Atlarının Xilası Birliyinin sədri,
ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri.
Amerika Birləşmiş Ştatları, Hyuston şəhəri.