05 mart 2024, 14:04

Fərruqə Əskərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailəm adından səmimi-qəlbdən təbrik edirik.

Bir Lider və rəhbər kimi nailiyyətlərinizi sadalamaqla bitməz. Bu nailiyyətlərin içində ən əsası torpaqlarımızı azad etməyinizdir. Sizin səyləriniz, uzaqgörən siyasətiniz, güclü strategiyanız sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Ən əsası isə ürəyinizdəki Vətən eşqi, qətiyyətiniz sayəsində bu tarixi Qələbəyə nail olduq.

Azərbaycan Xalqı Sizinlə fəxr edir. Sizin kimi Liderimiz olduğu üçün fəxarət hissi keçiririk.

Allah Sizi və sevdiklərinizi qorusun!

Hörmətlə,

Əskərova Fərruqə Rüstəm qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.