05 mart 2024, 12:03

Elxan Xəlilovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, bütün dövrlərdə Ümummilli Liderin ideyaları ilə yaşayan, yürütdüyünüz daxili və xarici siyasəti yekdilliklə dəstəkləyən bir vətəndaş olaraq Sizə təbriklərimi çatdırıram.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri xalq, millət və dövlət birli­yinin təcəssümü kimi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə düşdü. Ərazi bütövlüyü və suverenliyini bərpa edən böyük Azərbaycan xalqı bu seçkilərlə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. Seçki günü ölkə ərazisindəki məntəqələrə kütləvi seçici axını, nümayiş olunan yüksək fəallıq əminliklə sübut etdi ki, Azərbaycan Xalqı öz xilaskarını sevir və Layiqli Prezidentinə sadiqdir.

Əminəm ki, Azərbaycan bundan sonrakı dövrlərdə də sürətlə inkişaf edəcək, liderliyiniz, müdrik­liyiniz və humanistliyiniz sayəsində xalqımızı inkişaf və tərəqqi yolunda daha da irəliyə aparacaqsınız.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi qazandığınız inamlı qələbə münasibətilə təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Daha yeni zirvələrə doğru irəli! Daim Uca olasınız!

Yaşasın Azərbaycan Dövləti!

Hörmətlə:

Xəlilov Elxan Gülağa oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.