Kamal Mehtiyevdən, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində yüksək səs çoxluğu ilə qalib gəlməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq dünya dövlətləri arasında öz dəst-xətti olan bir dövlətə çevirməklə müasir Azərbaycan Respublikasının qurucusu və Ümummilli Lider adını qazandı. Ulu Öndərin layiqli davamçısı kimi Siz bu şərəfli missiyanı üzərinizə götürdünüz.
Ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuş və müasir tələblərə cavab verən nizami ordunun qurulması ilə torpaqlarımızı düşmən işğalından qısa müddət – 44 gün ərzində azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı kimi Siz öz adınızı nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdıra bildiniz.
Cənab Prezident, Sizə cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Mehtiyev Kamal Mikayıl oğlu.
Azərbaycan Respublikası, Şəki rayonu, Şəki kəndi.