04 mart 2024, 14:04

Nüşabə Süleymanovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm.

Yürütdüyünüz müdrik siyasət sayəsində Azərbaycan dünyaya qüdrətini, gücünü göstərmiş, torpaqlarımızı işğaldan azad etmişdir. Bu gün artıq bütöv Azərbaycanda azad, təhlükəsiz və demokratik şəraitdə prezident seçkiləri keçirə bilirik.

Cənab Prezident, qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə, əsgərlərimizə verdiyiniz dəyər bizi bu vətənə, torpağa daha da sidqi-ürəkdən bağlayır. Şəhid ailələrinin, qazilərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində böyük addımlar atmısınız və atmağa da davam edirsiniz.

Əziz Prezident, Sizin rəhbərliyiniz altında xalqımıza firavan həyat arzulayıram.

Hörmətlə,

Süleymanova Nüşabə Qadir qızı, şəhidin həyat yoldaşı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xirdalan şəhəri.