04 mart 2024, 13:31

Rahid Saruxanovdan, Qusar, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz münasibətilə şəxsən öz adımdan və ailəm adından təbrik edirəm. Sizə Azərbaycanın çiçəklənməsi və inkişafı yolunda uğurlar arzu edirəm.

Verəcəyiniz bütün əmrlərdə Sizə sonsuz dəstəyimizi əsirgəməyəcək və daim Sizin arxanızda duracağıq. Biz 20 il “İlhamla irəli!” dedik və çox müsbət nəticələr əldə etdik. Bu gün də deyirik: “İlhamla irəli!”

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Rahid Saruxanov

Azərbaycan Respublikası, Qusar rayonu, Köhnə Xudat Qazmalar kəndi