04 mart 2024, 12:25

İlahə Cəfərovadan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024 cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə öz adımdan və ailəm adından təbrik edirəm.

Müdrik və uzaqgörən siyasətiniz nəticəsində 30 ildən sonra torpaqlarımız işğaldan azad olunub, Böyük Qayıdış başlayıb.

Sizin Qarabağımızın döyünən ürəyi olan Xankəndi şəhərində ailə üzvlərinizlə birlikdə səsverməyiniz bir vətəndaş kimi məni hədsiz qürurlandırdı.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Cəfərova İlahə Akif qızı, mədəniyyət işçisi.

Azərbaycan Respublikası, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi.