04 mart 2024, 11:56

Kamran Heybətovdan, Belqrad, Serbiya

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizə və siyasətinizə xalqımızın etimadının bariz təsdiqidir.

Ölkə hüdudlarından kənarda yaşayan bir azərbaycanlı kimi ölkəmizin, dövlətimizin uğurlarına çox sevinirəm və böyük qürur hissi keçirirəm. Gündən-günə respublikamızın nüfuzu artır, beynəlxalq aləmdə dost və tərəfdaş ölkələrin sayı çoxalır. Bütün bunlar Sizin yüksək diplomatik bacarığınız, qətiyyətli və prinsipial mövqeyiniz sayəsində mümkün olmuşdur.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm. Nə yaxşı ki, bizim Prezidentimiz Sizsiniz!

Hörmətlə,

Heybətov Kamran Rafiq oğlu.

Serbiya Respublikası, Belqrad şəhəri.