Ruslan Sadıxovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ailə xoşbəxtliyi arzulayırıq.
Ulu Öndər Heydər Əliyevin xilaskarı olduğu, qurub-yaratdığı müasir Azərbaycanı onun yolu ilə on illərlə əzm və inamla irəli aparan, Müzəffər Ali Baş Komandan olaraq misilsiz tarixi Zəfər qazanan, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini əbədiləşdirən, beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin davamlı yüksəlişini təmin edən Möhtərəm Prezidentimizə - Sizə tükənməz sevgi, ruh yüksəkliyi ilə etimad göstərmiş xalqımız hədsiz qürur, xoşbəxtlik hissləri yaşayır.
Cənab Prezident, Azərbaycana daim uğur gətirən yorulmaz, şərəfli, fəaliyyətinizdə Sizə yeni nailiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Bakı Ağ Şəhər layihəsinin kollektivi adından:
Ruslan Sadıxov.
Azərbaycan Respublikası, Bakı şəhəri.