Rəşad Əhmədovdan, Qubadlı, Azərbaycan
Möhtərəm cənab Prezident,
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Xalqımız fevralın 7-də Sizə səs verməklə, öz parlaq gələcəyinə səs verdi.
Rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən islahatlar, görülən işlər öz bəhrəsini verdi. Siz xalqa verdiyiniz bütün vədləri yerinə yetirdiniz, ərazi bütövlüyümüzü bərpa etdiniz. Ölkəmizdə bütün sahələrin inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən islahatlar öz müsbət nəticələrini verdi.
Hörmətli cənab Prezident, hər gün güclənən Azərbaycanımızın heyranlıq doğuran tərəqqisinə yalnız xalqımız deyil, bütün dünya şahiddir. Biz də bu ölkənin vətəndaşı olduğumuz üçün fəxr edir, Prezidentimizlə – Sizinlə qürur duyuruq!
Hörmətlə,
Rəşad İsmayıl oğlu Əhmədov
Azərbaycan Respublikası, Qubadlı rayonu, Xanlıq kəndi.