Vüsal Səlimovdan, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ürəkdən təbrik edirik.
44 günlük Vətən müharibəsində hər bir vətəndaşımız müqəddəs amal uğrunda apardığınız haqq mübarizəsində Sizin ətrafınızda bir yumruq kimi birləşərək, Sizinlə birgə addımladı və bundan sonra da addımlayacaqdır. Xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı.
Cənab Prezident, Sizin liderliyinizlə qazandığımız Şanlı qələbə tarixi ədalətin təntənəsidir. Məhz Sizin dəmir iradəniz, komandanlığınız, rəşadətli ordumuzun qəhrəman oğullarının mərdliyi, igidliyi sayəsində biz tarixi Zəfərə nail olduq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Sizi dəstəkləyirik və hər zamanda da yanınızdayıq. Əziz Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Səlimov Vüsal Nizami oğlu,
“Həmrəylik” Dövlətçiliyin Təbliği İctimai Birliyinin Mingəçevir şəhər təşkilatının sədri.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.