02 mart 2024, 16:57
Ziyad Abbasov və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli və əziz Prezidentimiz,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ilk növbədə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, bu müqəddəs fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq.
Biz aqrar sahənin mütəxəssisləri kimi hər zaman Sizin yanınızdayıq və öz fəaliyyətimizdə qədirbilən xalqımızın maddi rifahının yaxşılaşdırılması yolunda bilik və bacarığımızı əsirgəməyəcəyik.
Var olun, cənab Prezident!
Hörmətlə,
Abbasov Ziyad, professor,
Əliyev Qurban, professor,
Məmmədov Cəmaləddin, professor,
Aslanov Həsənəli, professor,
Babayev Şahlar, professor,
Tağıyev Arif, professor, Azərbaycan Aqrar Universitetinin alimləri
Azərbaycan Respublikası, Gəncə şəhəri