Oleq Radayev və başqalarından, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident!
İvanovka kəndinin rəhbərliyi və sakinləri adından Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirik.
İvanovka kəndi və burada yaşayan malakanlar hər zaman Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunmuşlar. Ölkəmizdə hökm sürən tolerantlıq mühiti dünya üçün bir nümunədir. Biz öz doğma kəndimizdə əmin-amanlıq şəraitində yaşayır və əsas məşğuliyyət sahəmiz olan kənd təsərrüfatında səmərəli fəaliyyət göstəririk. Sizin aqrar sahəyə olan qayğınızdan da bəhrələniriq.
Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq və dövlətimizin rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Radayev Oleq,
Radayeva Olqa,
Yadıqin Nikolay
Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi.