02 mart 2024, 11:21
Həmid Əliyevdən, Xaçmaz, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi 2024-cü il fevralın 7-də bütöv Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində yüksək səs çoxluğu ilə qalib gəlməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Yüksək seçici fəallığı müşahidə olunmuş seçkilərdə vətəndaşlarımız Sizə inamla və qürurla səs vermişlər. Seçki məntəqələrində böyük ruh yüksəkliyi, yüksək əhval-ruhiyyə müşahidə olunmuşdur.
Cənab Prezident, Siz, ata vəsiyyətini layiqincə yerinə yetirdiniz. Sizə xalqımızı daha xoş gələcəyə aparılması naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.
Allahın nəzəri daima Sizinlə olsun!
Hörmətlə,
Həmid Əliyev, 2-ci qrup əlil.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.