01 mart 2024, 14:27

Rayət İmaməliyev, Ordubad, Azərbaycan

Salam, cənab Prezident.

Sizin 21 fevral 2024-cü il tarixdə "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” imzaladığınız Sərəncam Ordubad rayonunun bütün əhalisi tərəfindən sevinclə qarşılandı.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubada göstərdiyiniz qayğı və diqqətə görə Sizə bütün Ordubad sakinləri adından, eyni zamanda Ordubad rayonunun Dırnıs kəndində fəaliyyət göstərən "Dırnıs" Xeyriyyə Cəmiyyəti adından minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Rayət İmaməliyev

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dırnıs kəndi.