01 mart 2024, 16:52

Səttar Abbasov və başqalarından, Bakı, Azərbaycan

Qalib xalqın qalib Prezidenti!

Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə Azərbaycan xalqının Sizə olan sevgisinin və etimadının bariz nümunəsidir. Bu münasibətlə Sizi təbrik edir, Azərbaycan xalqı ilə birlikdə yeni-yeni uğurlara imza atmağınızı Allahdan diləyirik.

Cənab Prezident, bu məktubu həssas təbəqədən olan talassemiyalı və hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqların valideynləri olaraq yazırıq. Məqsəd və məramımız bu sahəyə ayırdığınız diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Sizin qayğıkeşliyiniz və diqqətiniz sayəsində 2017-ci ildən başlayaraq Talassemiya Mərkəzində, 2019-cu ildən isə Sizin sərəncamınızla yaradılmış Milli Hematologiya və Transfuziologiya Mərkəzində əvvəlki illərdə olduğundan daha da möhtəşəm lahiyələr və yeniliklər həyata keçirilməsinə start verilmişdir. Bu illər ərzində hər dəfə övladlarımızı müalicə və müainəyə apardıqda həmin mərkəzlərdə inqilabi dəyişikliklərin, tərəqqi sayıla biləcək nailiyyətlərin, yenidənqurmanın şahidi oluruq. Vaxtaşırı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın mərkəzi ziyarət etməsi bizi daha da ümidləndirir.

Cənab Prezident, Sizin və Heydər Əliyev Fondunun diqqəti və qayğısı nəticəsində çox böyük işlər görülüb və görülməkdədir. Sonda bir daha Sizə və ailə üzvlərinizə minnətdarlığımızı ifadə edirik.

Hörmətlə,

Hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqların valideynləri:

Abbasov Səttar Musa oğlu,

Əmirova Samirə Ələddin qızı,

Əmirov Musa Səttar oğlu,

Şirəliyev Nəriman İsfəndiyar oğlu,

Şirəliyeva Vəfa Xidmət qızı və başqaları (16 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi.