01 mart 2024, 16:20

Araz Abbasovdan, Göygöl, Azərbaycan

Cənab Prezident!

Sizi yenidən Azərbaycan Respublikasının Prezident seçilməyiniz münasibətilə şəxsən öz adımdan və Göygöl rayonunun şəhid ailələri, müharibə əlilləri və veteranları adından səmimi-qəlbdən təbrik edirəm və işlərinizdə uğurla arzulayıram.

Bu qələbə ölkəmizdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla həyata keçirilməsinin, xalqın Sizə olan hədsiz sevgisinin, böyük hörmət və ehtiramının nəticəsidir.

Sizin sayənizdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Zəfər seçkisinin işğaldan azad olunmuş torpaqları da əhatə etməsi bizə böyük ruh yüksəkliyi bəxş etmişdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uğurlar arzulayıram.

Hörmətlə,

Araz Abbasov

Azərbaycan Respublikası, Göygöl şəhəri.