28 fevral 2024, 10:13

Elburus Hacıyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində ilk dəfə olaraq seçki komissiyasında üzv kimi iştirak etdim. Bu mənim üçün çox qürurverici gün idi.

Həmin gün işğaldan azad olunmuş Ağdam üçün toy-bayram idi. Mən şəffaf qaydada keçirilən seçkilərdə insanların sevinclə, ürəklə Sizə səs verdiyinin şahidi oldum.

İnsanlar Sizə olan sevgilərini ifadə etmək üçün bülletenlərin üzərinə ürək rəsmi, “Yaşa, Prezidentim”, “Var olun” kimi gözəl sözlər yazırdılar.

Cənab Prezident, Siz sinənizi xarici qüvvələrə sipər edərək Azərbaycanı çətin günlərdən qurtardınız. Qarşıdakı illərdə Azərbaycanımızı daha da inkişaf etdirmək, azad olunan əraziləri dirçəltmək üçün Sizə cansağlığı və uğurlar arzulayıram. Siz nəyi nə vaxt edəcəyinizi yaxşı bilirsiniz. Biz isə hər zaman yanınızdayıq.

Hörmətlə,

Hacıyev Elburus Baxşeyiş oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi