22 fevral 2024, 14:25

Laura Arzullayevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də respublikamızda keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi vətənimizin inkişafına çalışmışınız. Həmişə şəhid ailələrinə yüksək həssaslıqla yanaşmışınız.

Vətəndaşların problemlərinin həlli məqsədilə hər bir sahədə böyük işlər görmüsünüz.

Ailəmiz adindan Sizi bir daha təbrik edir və Azərbaycanımız üçün göstərdiyiniz yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Laura Arzullayeva, şəhid anası.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.