22 fevral 2024, 10:50

Murad Şükürovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident!

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımız yenidən müdrik seçim edərək Sizi dövlət başçısı seçdi. Bu, 20 ildən artıq müddətdə prezidentlik fəaliyyətinizdə gördüyünüz nəhəng işlərə verilən qiymətdir. Siz Vətən müharibəsində şanlı Zəfəri bizə bəxş edən, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, xalqımızı isə qalib və qürurlu xalqa çevirən Lidersiniz. Sizi seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə təbrik edirəm. Sizin uzaqgörən, düşünülmüş siyasətiniz Azərbaycanı daha da gücləndirəcək, inkişaf etdirəcəkdir.

Sizə möhkəm cansağlığı, bundan sonrakı fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Tanrı Sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Murad Oruc oğlu Şükürov

Azərbaycan Respublikası, Füzuli rayonu, Əhmədbəyli kəndi