Natiq Allahverdiyevdən, Qax, Azərbaycan
Hörmətli cənab Prezident,
Suveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi təbrik edirik.
Cənab Prezident, bütün Azərbaycan bir daha Sizin xalqın pənah, inam yeri olduğunuzu sübut etdi.
Möhtərəm Ali Baş Komandan, rəhbərliyinizlə ölkəmiz sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir. İqtisadi cəhətdən firavanlaşan dövlətimizin və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz Sizə təkcə doğma ölkəmizdə deyil. həm də onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.
Müzəffər Sərkərdəmiz, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız naminə başlatdığı xilaskarlıq missiyasını Zəfər günü səviyyəsinə ucaltdınız. Siz 30 illik işğal faktoruna cəmi 44 günlük müharibə ilə, separatizmə isə 23 saatlıq lokal antiterror tədbirləri ilə son qoyaraq tarixi Zəfərimizin memarı oldunuz. Verdiyiniz doğru qərarlar, düşünülmüş siyasətiniz və ən əsasi bitib-tükənməyən vətənsevərliyiniz ilə Siz həmişə xalqın seçimi olacaqsınız.
Əziz Prezidentimiz, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi böyük fəxrlə və qürur hissi ilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, Vətənimiz naminə yüksək nailiyyətlər arzulayırıq.
Biz Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun
İnanırıq ki, siyasi kursunuzla irəliləyən Azərbaycan qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcəkdir.
Hörmətlə,
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının üzvləri adından,
Natiq Allahverdiyev,
təşkilatın sədri
Azərbaycan Respublikası, Qax şəhəri.