21 fevral 2024, 12:25

Vəfa Quliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin növbədənkənar prezident seçkilərində qazandığınız uğur zərurətdən doğur. Məhz Sizin apardığınız balanslaşdırılmış siyasətin nəticəsi kimi Azərbaycan öz torpaqlarını geri qaytardı.

Bu gün biz dünyada gedən qlobal dəyişikliklərin şahidiyik. Dünya yenidən nüfuz dairələrinə bölünür, dünyanın yeni düzəni formalaşır. Sizin müdrikliklə və yüksək peşəkarlıqla apardığınız xarici siyasət Azərbaycanın Cənubi Qafqazda liderliyini təmin etmişdir.

Hörmətli cənab Prezident, Qarabağ Fatehi!

Mən Sizi seçkilərdə əldə etdiyiniz qələbə münasibət ilə təbrik edir, Sizə növbəti illərdə Azərbaycanın çiçəklənməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsi yolunda apardığınız işlərdə möhkəm can sağlığı və uğurlar diləyirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Vəfa Quliyeva,

tarix elmləri doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.