21 fevral 2024, 11:02

Daşqın Mikayılovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində yüksək səviyyədə keçirilən prezident seçkilərində parlaq qələbəniz xalqımız tərəfindən xüsusi coşqu ilə ümumxalq bayramı səviyyəsində qarşılandı. Sizin beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli maraqlara əsaslanan daxili və xarici siyasətin uğurla həyata keçirilməsində, dövlətin iqtisadi və siyasi maraqlarının təmin edilməsində və digər bütün sahələrdə əldə etdiyiniz uğurlar xalqımızın seçiminin nə qədər müdrik bir seçim olduğunu sübut edir. Bu gün ölkəmiz müstəqil Azərbaycan respublikasının memarı , dünya siyasətinin parlaq ulduzu, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizin rəhbərliyinizlə daha işıqlı gələcəyə doğru inamla irəliləyir.

Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm qələbə, Qarabağ bölgəsinin tamamilə düşməndən azad olunması və ölkəmizin suverenliyinin tam bərpa edilməsi şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Hazırda azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq -quruculuq və bərpa işləri bizə qürur verir .

Möhtərəm Prezident!

Növbədənkənar prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının üzvləri və Şəki rayon ictimaiyyəti adından Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq .

Hörmətlə,

Mikayılov Daşqın, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Şəki şəhəri