Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbinin kollektivindən, Paris, Fransa
Möhtərəm cənab Prezident,
Paris şəhərində fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının nəzdində yaradılmış Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri və müəllim kollektivi adından Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə təbrik edirik. Bu seçkilərin nəticələri xalqın Sizə inam və etimadının bariz göstəricisi, Vətənə fədakar xidmətinizə verdiyi qiymətdir.
Sizin rəhbərliyiniz altında Azərbaycanda bütün sahələr, o cümlədən iqtisadi, hərbi, elm və təhsil sahələri inkişaf etmiş, ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənmişdir. Gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə xüsusilə təşəkkür edirik. Sizin dəstəyinizlə ölkəmizdə gənclərin inkişafı üçün yeni imkanlar yaradılmışdır ki, bu da bizim parlaq gələcəyimizə olan inamımızı daha da artırır.
Cənab Prezident, Azərbaycanın inkişafı, xalqın rifahı üçün atdığınız bütün addımlarda uğurlarınızın davamlı olmasını arzu edirik.
Dərin hörmətlə,
Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbinin kollektivi:
Aytən Muradova
Günel Səfərova
Əsmər Nərimanbəyova
Kəmalə Gülməmmədova
Səidə Zülfüqarova
Fransa Respublikası, Paris şəhəri