20 fevral 2024, 11:19
Muxtar Nağıyevdən, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident,
7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi YAP Səbail rayon təşkilatının üzvləri adından ürəkdən təbrik edirik, Sizə və ailə üzvlərinizə daim sağlam həyat və daha böyük uğurlar qazanmağı arzulayırıq.
Azərbaycanın son illərdə siyasi nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin artması Sizin adınızla bağlıdır. Hər bir vətənpərvər azərbaycanlı bu gün haqlı olaraq öz ölkəsi ilə fəxr edir.
Allah Sizi və ailə üzvlərinizi qorusun!
Hörmətlə,
Muxtar Nağıyev,
YAP Səbail rayon təşkilatının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.