Telman Sadıqovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Son iyirmi il ərzində apardığınız müdrik, uzaqgörən siyasət, eləcə də atdığınız düşünülmüş addımlar nəticəsində regionda lider ölkəyə çevrildik. Respublikamızın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dövlətimizin artan qüdrətinin bariz təzahürüdür. Bütün bu reallıqlar 2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində Sizin parlaq qələbənizi şərtləndirdi. Xalqımız Sizin misilsiz xidmətlərinizi yüksək qiymətləndirdi.
Cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, dövlətimizin tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Telman Sadıqov,
Vətəndaş Həmrəyliyi Partiyasının Pirallahı rayon təşkilatının sədri, Ali Məclisin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.