Xətayi Abdullayevdən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
2024-cü ilin fevralın 7-si tariximizə qızıl hərflərlə düşdü. Ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərinin işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi və xüsusilə də Xankəndi şəhərində səs verməyiniz, Azərbaycan xalqının belə fəallıqla seçkilərdə iştirakı, şəffaf və demokratik seçkilərin keçirilməsi xalq-iqtidar birliyini nümayiş etdirməklə yanaşı, düşmən dövlətləri sarsıntı və dost dövlətlərə sevinc bəxş etdi.
Cənab Prezident, Sizin Azərbaycan xalqı üçün gördüyünüz işlər unudulmaz və danılmazdır. Buna görə də xalq hər zaman Sizin ətrafınızda sıx birləşir. Növbəti dəfə Prezident seçilməyiniz münasibətilə Sizi öz adımdan və ailəm adından təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.
Ulu Tanrım Sizi qorusun!
Hörmətlə,
Xətayi Abdullayev,
Azərbaycan Respublikası, Ağdam rayonu.