Məmmədnuru Əzizovdan, Şəki, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon şöbəsinin iki mindən çox üzvünün adından Sizi təbrik edirəm.
Seçkilərin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi bizim üçün ikiqat bayram oldu. Şəhidlərimizin ruhu şad oldu, biz qürurlandıq. Siz hadisələrin axarını dəyişməyə qadir olan Lidersiniz.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları Sizinlə fəxr edir və hər zaman arxanızdayıq.
Hörmətlə,
Əzizov Məmmədnuru, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon şöbəsinin sədri, Qarabağ müharibəsinin II qrup əlili.
Azərbaycan Respublikası, Şəki rayonu, Xarxatala kəndi