20 fevral 2024, 15:04

Əli Qənbərzadə və Sahilə Abdullayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı, parlaq qələbə münasibətilə, “İnsan Hüquqlarının İnkişafı və Maarifləndirmə” İctimai Birliyinin üzvləri adından və şəxsən öz adımızdan Sizi səmimi-qəlbdən təbrik edirik.

Dövlətçiliyimizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizi daha da genişləndirəcəyinizə inanır və Sizə güvənirik.

İllər idi Vətən həsrəti, yurd nisgili ilə öz azadlığına qovuşacağı günü gözlədiyimiz, erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilmiş əzəli-əbədi torpaqlarımız Sizin düşünülmüş, uzaqgörən siyasətiniz nəticəsində öz azadlığına qovuşdu. Məhz bu tarixi Qələbə və Zəfər günümüz üçün Sizə minnətdarıq. Sizinlə fəxr edir, qürur duyuruq.

Cənab, Prezident Sizə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulayırıq.

Allah Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,

Əli Qənbərzadə, “İnsan Hüquqlarının İnkişafı və Maarifləndirmə” İctimai Birliyinin sədri,

Sahilə Abdullayeva, “İnsan Hüquqlarının İnkişafı və Maarifləndirmə” İctimai Birliyinin sədr müavini.

Azərbaycan Respublikası, Bakı şəhəri.