Vahid Hüseynovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bütün gənc idmançılar və məşqçilər adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan idmanı Sizin sayənizdə yüksəliş mərhələsindədir. Ölkəmizdə həm siyasi, sosial-iqtisadi həyatın, həm də idmanın yüksəlişi Sizin qayğınız nəticəsindədir. Azərbaycan idmanının beynəlxalq miqyasda tanınmasına Sizin böyük rolunuz var.
Biz idmançılar da bu qayğıya cavab olaraq fəxri kürsülərin ən yüksək pillələrini fəth edəcəyimizə, daim ölkəmizin şərəfini qoruyacağımıza söz veririk.
Sizə fəaliyyətinizin yeni dövründə yeni-yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Dərin ehtiramla,
Hüseynov Vahid, Sambo üzrə idman ustası, 5 qat dünya çempionu, əməkdar məşqçi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu