19 fevral 2024, 16:42

Bəxtiyar Sadıqovdan, Bakı, Azərbaycan

Zati-aliləri.

Sizi növbəti müddətə Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Tarixin ən qüdrətli Azərbaycanının və ən möhtəşəm Zəfərinin müəllifi olaraq, Sizin rəhbərliyiniz altında ölkəmiz yeni mərhələyə daha böyük siyasi, iqtisadi güclə qədəm qoyur.

Əminəm ki, Xankəndidə müqəddəs bayrağımızı dalğalandıran ali iradəniz qarşıdakı bütün strateji vəzifələri də uğurla gerçəkləşdirəcəkdir.

Hörmətlə,

Bəxtiyar Sadıqov,

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.