20 fevral 2024, 11:52

Vüsalə Sadıqovadan (Qələndərli), Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin üzvləri adından təbrik edirik. Sizə möhkəm cansağlığı, uzaqgörən siyasətinizdə uğurlar arzulayırıq.

Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da güclənəcəkdir. Bundan sonra da gənclərimiz hər bir sahədə öz fəallıqlarını göstərəcək və dünyada ölkəmizin maraqlarını inamla müdafiə edəcəklər.

Cənab Prezident, təşkilatımızın yüzlərlə istedadlı üzvü var, onların hər biri Sizin gənclər siyasətinizi və bu sahədə gördüyünüz işləri dəstəkləyir. Komandamız adından söz veririk ki, hər zaman “dəmir yumruq” kimi birləşəcək, vətənimiz, dövlətimiz üçün yararlı gəncliyin inkişafı istiqamətində gördüyünüz işlərin layiqincə davam etdirilməsi üçün əlimizdən gələni edəcəyik.

Dövlətimiz var olsun! Allah Sizi qorusun!

Hörmətlə,

Vüsalə Sadıqova (Qələndərli),

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.