19 fevral 2024, 12:21

Bəhruz Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Prezident seçkilərində növbəti qələbəniz münasibətilə Sizi “Səs” Media Qrupunun kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.

7 fevral prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycanın ərazisində keçirildi. Qürur duyuruq ki, bu seçki xalqın böyük coşqu və həmrəyliyi ilə Zəfər seçkisi kimi Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.

Sizin gərgin əməyiniz, yorulmaz fəaliyyətiniz, xalqa və Vətənə sonsuz sevginiz nəticəsində bu gün doğma Azərbaycanımız siyasi-iqtisadi, hərbi cəhətdən qüdrətli dövlətə çevrilib və bu uğurlar bizi hədsiz qürurlandırır.

Seçkilərdə qazandığınız şanlı Zəfərlə Azərbaycanın yeni dövrü başlandı və əminik ki, yeni dövr bütün sahələrdə Zəfər dövrü olacaq.

Sizə bir daha möhkəm cansağlığı və yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Zəfərlər daima Sizinlə olsun!

Dərin hörmətlə,

Bəhruz Quliyev, “Səs” qəzetinin baş redaktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.