19 fevral 2024, 11:54

Bəxtiyar Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Dövlətimizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkənin bütün ərazisində ilk dəfə keçirilən prezident seçkilərində xalqın mütləq səs çoxluğunu qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir və Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz xalqımızın xoşbəxt, təhlükəsiz və firavan həyatını təmin edən əməli fəaliyyətinizlə Azərbaycan xalqının sonsuz məhəbbətini və dərin hörmətini qazanmısınız. Azərbaycan xalqı Sizə olan sonsuz inam və etimadını, müdrik siyasətinizə tam dəstəyini azad və demokratik şəkildə bir daha bu seçkidə ifadə etdi. Bununla da Azərbaycan xalqı bütün dünyaya öz birliyini və sarsılmaz siyasi iradəsini yenə də nümayiş etdirdi.

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Bəxtiyar Əliyev,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.