19 fevral 2024, 18:25

Ziyad Ağayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan.

Mən, qalib ölkənin qalib gənci və şəhid ailəsi üzvü olaraq, Sizi 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycana Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Bildiyimiz kimi, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir. Mən də bir Azərbaycan gənci olaraq daim yürütdüyünüz siyasəti dəstəkləyəcəyəm.

Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, səadət, Vətənimizin daha da inkişafı naminə qətiyyətlə və əzmlə həyata keçirdiyiniz milli, bəşəri, mütərəqqi siyasətinizdə yeni-yeni uğurlar və qələbələr arzulayıram.

İnanıram ki, Sizin rəhbərliyinizlə dövlətimiz daha da inkişaf edəcək, Ordumuz daha da güclənəcək, Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq, Azərbaycan xalqı dünya arenasında yeni qlobal layihələrə, yeni tarixi qələbələrə imza atacaqdır.

Dərin hörmət və ehtiramla,

Ziyad Ağayev,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2-ci kurs tələbəsi. UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində Tarix Klubunun direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.