19 fevral 2024, 17:55

Sevil Ələsgərovadan, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirik. Sizin rəhbərliyinizlə ölkəmizdə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilmiş, mühüm nailiyyətlər əldə edilmişdir. Bu sahələrdən biri də təhsil sahəsidir. Təhsilin inkişafı ilə əlaqədar ölkəmizdə son illərdə həyata keçirilən tədbirlər Sizin diqqət və qayğınızın nəticəsidir.

Yürütdüyünüz uğurlu daxili və xarici siyasi xətti davam etdirmək üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji arzulayırıq.

Hörmətlə,

Sevil Hümbət qızı Ələsgərova

İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin kollektivi adından

Azərbaycan Respublikası, Daşkəsən rayonu.