İlqar Məmmədovdan, Jitomir, Ukrayna
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin üzvləri adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edirəm.
Növbədənkənar prezident seçkilərində inamlı qələbəniz Sizin bir daha dünya azərbaycanlılarının Lideri olduğunuzu əyani şəkildə sübut etdi. Ukraynada mövcud vəziyyət və müharibə şəraitinə baxmayaraq bu ölkədə yaşayan Azərbaycan vətəndaşları Zəfər seçkisinə gələrək öz layiqli Liderini seçdi.
Möhtərəm Prezident, Sizi bir daha parlaq qələbə qazanmanız münasibətilə təbrik edirəm.
Sizə cansağlığı, fəaliyyətinizdə yeni-yeni zirvələr arzu edirəm.
Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun!
Dərin hörmətlə,
İlqar Məmmədov, Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri.
Ukrayna, Jitomir şəhəri