Ceyran Məmmədovadan, Almatı, Qazaxıstan
Hörmətli cənab Prezident,
Qazaxıstan Respublikasında yaşayan azərbaycanlı qadınların adından Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbə, Azərbaycan xalqının böyük etimadı münasibətilə təbrik edirəm. Biz xoşbəxtik ki, Siz bizim Prezidentimizsiniz. Siz düşmən tərəfindən işğal edilmiş torpağları azad edən, xalqımızın şərəfini bərpa edən Llidersiniz.
Hörmətli Prezident, Siz və atanız - ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarı oldunuz. Sizin müdrik siyasətiniz sayəsində işğal altında olan torpaqlarımız azad olundu. Sizin adınız və nailiyyətləriniz təkcə Azərbaycanın yox, əbədi olaraq bütün türk dünyasının minillik tarixinə qızıl hərflərlə yazılıb.
Sizin qələbəniz bütün dünyadakı azərbaycanlıları sevindirib, biz hamımız müdrik, güclü, iradəli, qorxmaz, səriştəli, tanınmış, əzəmətli Liderlə fəxr edirik. Yaşadığım ölkədə, işlədiyim müəssisədə Sizin haqqınızda eşitdiyim xoş sözlərə görə qürur hissi keçirirəm. Andiçmə mərasimindəki çıxışınızı da qürur və sevinc göz yaşları ilə izlədik.
Biz xoşbəxtik ki, Vətənimiz qalib ölkədir, övladlarımız bu günləri görür, Azərbaycanın hər uğuruna sevinir, nəvələrimiz Azərbaycanın yeni tarixinin yazılmasına şahidlik edir. Hamımız tarixi Vətənimizə kömək etmək əzmindəyik. Biz bu hissləri Vətən həsrətilə yaşamış valideynlərimizin, ata-babalarımızın əvəzinə də yaşayırıq.
Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan böyük uğurlar qazanmış və dünya arenasında layiqli yerini tutmuşdur. Hər zaman Vətənimizdəki hadisələri izləyir, Sizin siyasətinizi dəstəkləyir, dünya miqyaslı Lider kimi yüksək nüfuzunuzla fəxr edirik.
Azərbaycandakı növbədənkənar prezident seçkiləri xalq birliyinin, ölkə rəhbərinə rəğbətin, demokratiya və şəffaflığın nümunəsi oldu. Xalq Sizin simanızda Azərbaycanın xoşbəxt gələcəyinə səs verdi.
Qazaxıstanın azərbaycanlı qadınları Sizə, gözəl ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uzunömürlülük, ümumi evimiz Azərbaycana firavanlıq arzulayır!
Tanrı Sizi gorusun!
Hörmətlə,
Ceyran Məmmədova, Qazaxıstan Xalq Assambleyasının Almatı şəhərindəki Azərbaycanlılar Assosiasiyasının Azərbaycanlı Qadınlar Şurasının sədri
Qazaxıstan Respublikası, Almatı şəhəri.