Tomris Azəridən, Amerika Birləşmiş Ştatları
Hörmətli cənab Prezident,
Bütöv Azərbaycanın hər yerində keçirilən növbədənkənar prezident seçkilərində qələbəniz münasibətilə Amerika Azərbaycan Cəmiyyətinin üzvləri adından Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Biz tam əminik ki, Siz bundan sonra da sevimli Vətənimizin tərəqqisi, firavanlığı və əmin-amanlığı naminə əlinizdən gələni əsirgəməyəcəksiniz.
Sizin və ailə üzvlərinizin Xankəndində səs verdiyini görmək bizi çox qürurlandırdı. Son 30 ildə ilk dəfə olaraq işğaldan azad edilmiş torpaqlarımızda seçkilər keçirildi. Bu xoşbəxtliyi bizə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətli Prezident, Sizə işlərinizdə uğurlar arzulayıram. Dünya azərbaycanlıları Sizin beynəlxalq və regional təhlükəsizliyə töhfənizi yüksək dəyərləndirirlər.
Amerika Azərbaycan Cəmiyyətinin əsas məqsədi Azərbaycan və ABŞ arasında körpü rolunu oynamaqdır və biz bununla bağlı səylərimizi davam etdirəcəyik.
Cənab Prezident, səmimi təbriklərimizi və dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Tomris Azəri
Amerika Azərbaycan Cəmiyyətinin sədri
Amerika Birləşmiş Ştatları