19 fevral 2024, 13:00

Namidə Süleymanovadan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirik. Əminik ki, siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası yeni zirvələr fəth edəcəkdir.

Azərbaycanımızın daha da inkişafı, xalqımızın xoş güzəranı üçün yorulmaz fəaliyyətinizdə uca Tanrı yardımçınız olsun. Sizə möhkəm cansağlığı, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsində müvəffəqiyyətlər diləyir, xalqımıza daimi tərəqqi, sülh və əmin-amanlıq arzulayırıq.

Hörmətlə,

Namidə Süleymanova

Zaqatala poçt filialının işçiləri adından

Azərbaycan Respublikası, Zaqatala şəhəri.