19 fevral 2024, 13:40

Vaqif Mirzəyevdən, Gəncə, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

İnamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Bu möhtəşəm qələbənin xalqımız üçün çox böyük mənəvi dəyəri var. Çünki bu qələbə xalqın yuxusuz, narahat gecələrini işıqlandıran, yurd həsrətinə son qoyan, xocalı faciəsinin qisasını alan müzəffər Liderə etimadının ifadəsi isi. Bu qələbə xalqın öz igid övladına, qəhrəman sərkərdəsinə sevgisinin təntənəsi idi.

Sizi bir daha təbrik edir, yeni fəaliyyət dövründə Vətənimiz Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıram.

Hörmətlə,

Mirzəyev Vaqif, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti

Azərbaycan Respublikası, Gəncə şəhəri