19 fevral 2024, 12:14

Əliməmməd Nuriyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Siz Azərbaycanın yeni tarixini, Zəfər tarixini yazdınız. Rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, çoxdan gözlənilən tarixi ədalətin bərqərar olması milli tariximizin ən mühüm hadisələrindən biridir.

Sizin 20 illik prezidentliyiniz dövründə Azərbaycan modernləşdi və sürətlə böyük inkişaf yolu keçdi. Azərbaycan bu gün beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur. Sizin həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfələrini verməkdədir.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin möhkəm təməllər üzərində yaratdığı çağdaş dövlətçilik ənənələrimiz Sizin rəhbərliyinizlə daha da inkişaf etdi və artıq ölkəmiz yeni dövrə effektiv dövlət institutları, güclü ordu və həmrəy bir ölkə kimi qədəm qoyur.

Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı bir daha Sizə yekdilliklə etimad göstərdi. Bütün dünya Sizə olan xalq sevgisini gördü.

Bütün xalqımız əmindir ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram.

Hörmətlə,

Əliməmməd Nuriyev,

'‘Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Azərbaycan Respublikası, Bakı şəhəri.