19 fevral 2024, 17:27

Arzuman Kosayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz xalqımız üçün əvəzolunmaz Lidersiniz. Sizin qətiyyətiniz və iradəniz Azərbaycanın gücünü, qüdrətini göstərir.

Əminik ki, gələcək illər Azərbaycan üçün daha uğurlu olacaq. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada qüdrətli ölkə kimi tanınır.

Allah Sizi qorusun!

Hörmətlə,

Kosayev Arzuman

Azərbaycan Respublikası, Bakı şəhəri