Azad Balayevdən, Balakən, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbəti parlaq qələbəniz - Zəfər seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasinin Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik.
Siz prezidentlik fəaliyyətiniz dövründə xalqa ləyaqətlə xidmət edərək hər bir azərbaycanlının prezidenti olmaq, dövlətçiliyimizi möhkəmləndirmək, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanla bağlı arzularını gerçəkləşdirmək kimi müqəddəs missiyanı uğurla həyata keçirdiniz.
Bu gün doğma Azərbaycanımızın bütün sahələrdə qazandığı misilsiz uğurlar Sizin apardığınız tam müstəqil siyasətin təntənəsidir.
Seçkilər dünyaya göstərdi ki, Azərbaycan Xalqı Sizi öz Lideri kimi qəbul edir və Ulu Öndər Heydər Əliyev siyasətinin ölkəmizə hələ çox zəfərlər, qələbələr qazandıracağına inanır. Əlbəttə ki, seçkilərdəki parlaq qələbəniz Sizin rəhbərliyinizlə qəhrəman ordumuzun qazandığı Şanlı Zəfərin məntiqi nəticəsi idi. Xalqımız ona misilsiz qələbələr bəxş etmiş əvəzolunmaz Lideri ilə birlikdə yeni qələbələrə doğru addımlamağı seçdi. Zəfər seçkiləri göstərdi ki, Azərbaycanın yeni tarixi dövrü ümummilli etimadın təntənəsi ilə başlayır.
Cənab Prezident, prezident seçkilərində növbəti dəfə inamlı qələbə qazanmağınız münasibətilə Sizi Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının üzvləri adından bir daha səmimi-qəlbdən təbrik edir, ölkəmizin daha da qüdrətlənməsi və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının üzvləri adından:
Azad Balayev,
Azərbaycan Respublikası, Balakən rayonu.