19 fevral 2024, 16:57
Ş.Paşayevadan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandanı kimi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailəmiz adından səmimi qəlbdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Qoy uca Allahım Sizi həmişə qalib Lider etsin. Liderliyiniz daimi və əbədi olsun. Allahın lütfü hər an üzərinizdə olsun.
Bir daha Sizi təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Paşayeva Ş.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi