19 fevral 2024, 16:28
Mirnicat Həşimovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident,
Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm. Siz Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək tarixə düşdünüz. Ölkəmizin şanlı Zəfər çalması nəticəsində xalqımızın bütün dünyada başını uca etdiniz.
Cənab Prezident, rəhbərlik etdiyiniz son iyirmi il ərzində vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün gördüyünüz tədbirlər danılmazdır. Sizə olan inamımız sonsuzdur. Daim Sizinləyik!
Hörmətlə,
Mirnicat Həşimov,
Azərbaycan Respublikası, Saatlı rayonu, Qıraqlı kəndi.