19 fevral 2024, 15:03
Fərid Xankişiyevdən, Lənkəran, Azərbaycan
Cənab Ali Baş Komandan!
Sizi yenidən Prezident seçilməyiniz münasibəti ilə təbrik edirəm. Bir Azərbaycan gənci və gənc alim olaraq Sizin məqsədyönlü siyasətinizi hər zaman dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm.
Növbəti prezidentlik dönəmində həyata keçirəcəyiniz islahatların bizi sadəcə və sadəcə uğura aparacağına əminəm. Sizin istər daxili, istərsə də xarici siyasətdə həyata keçirdiyiniz həmlələrin nəticəsidir ki, biz ərazi bütövlüyü tam təmin olunmuş, azad, demokratik bir dövlətdə rahatlıqla yaşayırıq.
Ən xoş təbriklərimiz Sizədir, cənab Prezident!
Hörmətlə,
Fərid Xankişiyevdən,
gənc alim
Azərbaycan Respublikası, Lənkəran şəhəri.