Xəlil Kələntərdən, Tokio, Yaponiya
Əziz və hörmətli Prezident,
Zəfər seçkilərində əldə etdiyiniz qələbə münasibətilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Yaponiyada yaşayan Azərbaycan icması adından Sizə səmimi təbriklərimizi çatdırıram. Tam şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə parlaq qələbəniz Azərbaycan xalqının Sizə sonsuz etimadını və dəstəyini bir daha təsdiq etdi.
Siz müzəffər Ali Baş Komandan və Qarabağın fatehi kimi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiniz, doğma Vətənimiz üçün yeni inkişaf və firavanlıq mərhələsinin başlanğıcını qoydunuz.
Sizin qətiyyətli rəhbərliyinizlə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi inkişaf dövrünü yaşayır. Ölkəmizin beynəlxalq mövqeyi daha da güclənmiş, nüfuzu artmışdır. Xalqımız Sizin ətrafınızda sıx birləşmişdir.
Tam əminik ki, Siz yeni prezidentlik dönəmində Azərbaycanı daha da inkişaf etdirəcək, ölkəyə yeni zəfərlər qazandıracaqsınız və biz respublikada daha sürətli inkişaf proseslərinin şahidi olacağıq.
Cənab Prezident, Sizə cansağlığı, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Ən xoş arzularla,
Xəlil Kələntər
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri
Yaponiya, Tokio şəhəri