19 fevral 2024, 12:48
Südabə Həsənovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Ulu Öndərin müstəqilliyini qoruyub saxladığı Azərbaycanımızın ərazi bütövlüyünün və suverenliyinin əbədi təmin edilməsi yolundakı fəaliyyətinizdə uğurlar diləməklə Qalib ölkənin Müzəffər Sərkərdəsinə eşq olsun deyirəm. Uca Tanrı daim Sizi və ailənizi qorusun!
Cənab Prezident, Sizi seçkidəki şanlı qələbəniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti diləyirəm.
Hörmətlə,
Südabə Həsənova,
Konstitusiya Məhkəməsinin “Şöhrət” ordenli sabiq hakimi, 2-ci dərəcəli dövlət
ədliyyə müşaviri, əməkdar hüquqşünas.
Azərbaycan Respublikası, Bakı şəhəri.