Jalə Əliyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
İlk növbədə Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
İcazə verin Sizi – xalqın xilaskar Prezidentini, müzəffər Ali Baş Komandanını, yenilməz sərkərdəsini 7 fevralda ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində əldə etdiyiniz parlaq qələbə münasibətilə təbrik edim!
Bu qələbə Sizin ən böyük haqqınızdır! Siz Azərbaycanı öz Qarabağına qovuşdurdunuz! Siz təkcə torpaqlarımızı deyil, qürurumuzu, mənliyimizi geri qaytardınız, tarixi ədaləti bərpa etdiniz!
Möhtərəm cənab Prezident,
7 fevralda hörmətli xanım Mehriban Əliyeva və ailə üzvlərinizlə birlikdə Qarabağımızın döyünən ürəyi – Xankəndidə verdiyiniz səs, əslində bütün Azərbaycanın səsi idi!
Bəli! Azərbaycan xalqı bir nəfər kimi Sizə səs verdi! Sizi növbəti dəfə özünə lider seçdi! Xalq dünəninə, bu gününə, gələcəyinə səs verdi! Xalq Sizinlə birlikdə getmək arzusunda olduğu yola – zəfərlərə, sülhə, inkişafa, yüksəlişə səs verdi!
Möhtərəm cənab Prezident,
Sizə olan sevgimiz, sayğımız, etimadımız və inamımız sonsuzdur! Xalq olaraq hər kəs Sizin yanınızdadır! “Dəmir yumruğ”unuz daim var olsun!
Ulu Öndər Heydər Əliyevin bizə ərməğanı olan və tərəfinizdən göz bəbəyi kimi qorunan dövlətçiliyimizi Tanrı hər zaman bərqərar etsin! İnamla irəlilədiyiniz Zəfər Yolunuz əbədi açıq olsun!
Dərin hörmətlə,
Jalə Əliyeva
Milli Məclisin deputatı, Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin müavini, filologiya elmləri doktoru, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.